Mobil versiya
Gəlin hamımız gülən adam olaq
Tarix: 03-04-2018 | Saat: 15:11
Bölmə:Yazar3 | çapa göndər

Gəlin hamımız gülən adam olaq






Sevinc Fədai

Son vaxtlarda həyatımda baş verən heç bir mənfi hadisənin üstündə dayanmamağa, ona görə üzülməməyə çalışıram. Yəni həyat prinspim bu olub: "Əsas odur canımız sağ olsun". Bütün təhlükəli xəstəliklərin əsasən əsəb və stressdən qaynaqlandığını düşünsək, haqsız da sayılmaram.

Sizə bir faktı xatırladım: "Xərçəng hüceyrəsi avtonomdur, yəni orqanizm daxilində başqa bir orqanizmdir. Xərçəngin yaranmasının müasir tibbi-psixoloji analizi göstərir ki, insan yaşamaq istəmədiyi həyatı yaşayanda orqanizmi buna cavab olaraq yeni həyat tərzinə keçir - xərçəng yaradır. Yəni biz olmalı olduğumuz yerdə, olmaq istədiyimiz kimi olmayanda bədənimiz - orqanizmimiz yeni həyatı xərçəng formasında yaradır".

Bu, o deməkdir ki, etmək istədiyinizi edin, yaşamaq istədiyinizi yaşayın. Və yaşamaq istədiyinizi kiminlə, harada, necə yaşamaq istəyirsinizsə, elə yaşayın. Bu yolda çəkdiyiniz əziyyət də, ağrı da xoş olacaq.

Bizim yaşamaq istəmədiyimiz həyatı yaşamağa başlamağımız isə uşaqlıqdan başlayır. Geyinmək istəmədiyimizi geyindirirlər, getmək istəmədiyimiz yerə aparırlar. Sonra istəmədiyimiz peşəyə yiyələnməyimizi istəyirlər. Daha sonra evlənmək istəmədiyimiz adamla evləndirirlər. Bax əsas burada Kərəmi ağlamaq tutur...
Həyatın bu nöqtəsindən belə desək, məişət zorakılığına məruz qalmağa başlayırıq. Elementar bir misal çəkim: intellektual, emosional bir qız gəlib tamam fərqli dünyagörüşünə malik bir ailəyə gəlin düşür. O, hər gün toyda alınan bütün qızılları taxıb, qayınanasının qoluna girib hər gün bir qohumun evinə getməli olur. O, qohumların bircə-bircə ad günlərini yadında saxlayıb təbrik etməlidir. Vay o gündən birinin ad gününü yadından çıxartsın...

Ya da bu qız günün hansısa saatında filmə baxmaq istəyir. Ancaq o, əvvəlcə qabları yumalıdır. Yoxsa evdə həngamə qopar. O, kitab oxumaq əvəzinə həyəti süpürməlidir. Halbuki, qab da sonra yuyula bilər, həyətdə də ayağa zibil dəyməyi bəşəri faciə deyil.
Yaxud bu qız musiqi dinləyib susmaq istəyir, ağlamaq istəyir. Amma onun bu təbii hissləri yaşaması, yaşadığı yerdə yaxalanması bütün nəslin bir həftəlik müzakirə mövzusuna çevrilər.

İndi bu qız və həyat yoldaşı desə ki, biz sizinlə yaşamaq istəmirik, özümüzə ayrıca, arzuladığımız kimi bir həyat qurmaq istəyirik. Vay-vay... "Bəs oğlum naxələf çıxdı, bəs biz sizin yaxşılığınızı istədiyimiz üçün sizi öz yanımızdan, gözümüzdən o yana buraxmırıq".

Onlar başa düşmək istəməyəcək ki, bu iki gəncin hansısa balaca kirayə evdə baş-başa verib yaşayacaqları həyat onları daha xoşbəxt edəcək. Bu damın altında ac da qalmaq, susuz da qalmaq onlar üçün bədbəxtlik olmayacaq. Çünki onlar mənən, ruhən rahat olacaqlar.

***

Yəqin ki, hamınız Kamal Sunalın "Gülən adam" filminə baxmısınız. Doğulduğundan bəri gülən, həyatın bütün çətinlikləri qarşısında gülən, evsizliyə də, aclığa da gülən bir adam... Amma ona anormal kimi baxırlar, onu həkimlərə, mollalara aparırlar. Bu gülməyi həyat yoldaşının atası, cəmiyyət, tabular ona çox görür. Onlar hara getsələr də, bu tabulardan yaxa qurtara bilmirlər.

Hərdən avazım çıxdığı qədər bağırmaq, yalvarmaq, demək istəyirəm ki, bizi rahat buraxın, insanları rahat buraxın.

Bağırsam, səsimə səs verərsinizmi? Görəsən, gülən adam kimi mənə də dəli deməzsiniz ki?

Gəlin hamımız gülən adam olaq! (milli.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024