Mobil versiya
AMEA-da direktorla növbəti qalmaqal: elmi işçinin arvadını...
Tarix: 03-04-2018 | Saat: 12:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

AMEA-da direktorla növbəti qalmaqal: elmi işçinin arvadını...


Son günlər Qarabağda ermənilər tərəfindən aparılan arxeoloji qazıntılar barədə yazdığım məqalə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda formalaşmış mafiyaya ağır zərbə vurub. Çünki bunların iç üzünü üzə çıxartmışam, dövlətin ölkə arxelogiyasının inkişafı üçün ayırdığı pulları havaya sovurmalarını yazmışam.
Kult.az xəbər verir ki, bu sözləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov mediaya müraciətində bildirib. O qeyd edib ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ondan özünəməxsus şəkildə, alimlərə yaraşmayan tərzdə, heyif çıxmaq və onu susdurmaq üçün ailəsinə doğru yönəlib:

“Həmin İnstitutda kadrlar şöbəsinin müdiri işləyən həyat yoldaşım Gülüstan İsayevaya təzyiqlər başladı. Bu azmış kimi, onlar o qədər harınlayıblar ki, hamilə olan həyat yoldaşıma fiziki təzyiq göstəriblər. İnstitutun direktoru Maisə Rəhimovanın və elmi işlər üzrə müavin Nəcəf Müseyiblinin adamı kimi tanınan Mətanət Hüseynova bu gün hamilə həyat yoldaşıma xəsarət yetirmək məqsədi ilə ona qarşı hücuma keçdi. Məqsəd məni qorxutmaq və bildirdiyim fikirlərə görə mənə daha sərt təzyiq etmək idi”.

Elmi işçi vurğulayıb ki, dərhal polisə zəng edib və 28-ci Polis Bölmənin əməkdaşları hadisə yerinə gəliblər:

“Qarabağın arxeoliji qazıntıları barədə yazılara tutarlı cavabı olmayan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu bu qədər acizdirmi? Bir nəfər tarixçi alimə elmi əsaslar və faktlarla cavab verməyə gücünüz çatmırmı? Siz ümumiyyətlə, azad fikir və vətəndaşlıq mövqeyinin nə olduğunu bilirsinizmi?

Deməli, İnstitutun rəhbər şəxslərinin Qarabağ adı ilə yediyi pullarını haqlı olaraq qeyd etmişdim. Dözümsüzlük nümayiş etdirib orada çalışan həyat yoldaşıma qarşı bu cinayətə də getməkdən çəkinmədilər. Hətta institutun direktoru bir az da irəli gedərək, bizi təhqir edib aşağıdakıları deməkdən çəkinmədi: "Qarabağ indimi yadnıza düşüb, bəs Qarabağ işğal olunanda siz hardaydınız?"

Hörmətli Maisə Rəhimovaya xatırlatmaq istəyirəm ki, Ağdam və ümumiyyətlə, Qarabağın işğalı vaxtı mənim 13 yaşım var idi. Lakin mən anamla son günə qədər güllənin və raketin altında Ağdam şəhərində olmuşam. Mən və həyat yoldaşımın atası ermənilərlə üz-üzə döyüşdə idilər. Canı və qanı bahasına düşmənlə mübarizəyə başları qarışmışdı. Mənim atamın başı bu işə elə qarışmışdı ki, oğul övladı olan məni belə unutmuşdu. Çünki Ağdamdan bir az da gec olaraq çıxsaydıq, anam və məni ermənilər əsir götürəcəkdilər. Siz yaxşı olar ki, rəhbəri olduğunuz, ancaq başsız qalmış o institutunuza baxın. İdarəçiliyi "0" etdiyiniz elə mühüm bir strateji institutu koorrupsiya yuvasına döndərməyiniz bəs deyilmiş kimi, hələ bir düşmənimiz olan erməni ilə mübarizədə də uduzursunuz. Ayıbdır! Torpaq uğrunda canından keçmiş oğlanların ruhundan ayıbdır! Qarabağ üstündə korrupsiya qurmağa haqqınız yoxdur.

Məni susdurmaq üçün istədiyiniz metoda əl ata bilərsiniz. Amma cavabınızı Azərbaycan dövlətinin rəhbərliyi, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə vərəcəksiniz. Çünkü bu hadisədən sonra artıq bu qurumlara müraciət etmiş olacam. Sizi mənə və ailəmə qarşı olan təzyiqlərə, eləcə də bu biabırçı fəaliyyətinizə son qoymağa çağırıram. Tutduğunuz vəzifə Azərbaycan elmi üçün böyük ləkədir!”

Qeyd edək ki, S.Hüseynov bundan əvvəl ermənilərin cəmi 60 min maliyyə ilə Qarabağda qazıntılar apardığı, Azərbaycana ciddi zərbə vurduğu, əvəzində isə ermənilərdən 40 dəfə çox maliyyə ayrılan Arxeologiya və Etnoqrafiya İnstitutunun heç bir iş görmədiyini bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024