Mobil versiya
“Whatsapp”da səs və görüntü yayıldı, polis hərəkətə keçdi
Tarix: 3-04-2018, 12:14 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Whatsapp”da səs və görüntü yayıldı, polis hərəkətə keçdi


Sumqayıt şəhərində orta məktəb və bağça yaxınlığında şübhəli şəxsin olması barədə məlumatlar yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Whatsapp” sosial şəbəkəsi üzərindən yayılan auido və video məlumatlarda orta yaşlı bir kişinin azyaşlılardan ünvan soruşub, sonra isə uşaqlardan onu həmin yerə aparmalarını və orada seksual xarakterli hərəkətlər etdiyi iddia olunub. Həmin şəxsin təhlükəsizlik kamerasından görüntüləri də əldə edilib. Sumqayıt şəhər 28 saylı məktəbinin müəlliməsinin adından yayılan audio elanda valideynlərə ehtiyatlı olmaları tövsiyə olunur.

“Qafqazinfo” məsələ ilə bağlı rəsmi açıqlama almaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasa da, telefonlara cavab verən olmayıb.

Sumqayıt şəhər 24 saylı məktəbin yerləşdiyi ərazinin sahə müvəkkili, polis kapitanı Ramil Əliyev “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib: “Bizdə də belə bir məlumat var. Bu gün səhər məktəbdə olmuşam və həmin video görüntüyə baxış keçirilib. Həmin şəxsin fotosu və lazımı məlumatlar götürülüb. Hazırda hər hansı uşağa qarşı deyilən formada hadisə baş verməyib. Həmin şəxslə bağlı şikayət də yoxdur. Sadəcə özünü şübhəli apardığı üçün və həmin ərazidə olan vətəndaşlar onu tanımadığı üçün narahatlıq keçiriblər. Hər hansı cinayət faktı qeydə alınmayıb. Araşdırma aparılır”.

Murad Əhməd



5322 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30