Mobil versiya
Siyavuş Novruzov deputatları tənqid etdi: "Tərif üçün sıraya düzülürlər"
Tarix: 03-04-2018 | Saat: 11:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

Siyavuş Novruzov deputatları tənqid etdi: "Tərif üçün sıraya düzülürlər"


"Xaricdə yaşayan bəzi azərbaycamlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycan qarşı iş aparırlar. Fransada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, bildirib ki, belə azərbaycanlılar sapı özümüzdən olan baltalardır: "Vətənə, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir. Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir, mövqeyinizi ortaya qoyun”.(azvision.az)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024