Mobil versiya
Xarkovda öldürülən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum oldu
Tarix: 31-03-2018, 14:50 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Xarkovda öldürülən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum oldu


Ukraynanın Xarkov şəhərində iki gün əvvəl baş verən silahlı insidentin təfərrüatı və öldürülən azərbaycanlının kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Lev Landau prospektindəki "Ağdam" restoranında baş verib, öldürülən azərbaycanlı isə 32 yaşlı, əslən Gürcüstanın Borçalı mahalından olan Zaur İsmayılovdur.

Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir.

Belə ki, bir qrup silahlı şəxsin restorandan çıxan digər şəxslərə hücumu zamanı Z. İsmayılov da ortada olub və güllədən yayına bilməyib. Hadisə zamanı restoranın digər millətdən olan müştəriləri də xəsarət alıblar.

Qeyd edək ki, ötən gün Ukrayna mətbuatı Xarkovdakı restoranların birindən çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfərin atəş açması barədə məlumat yayıb. Məlumatda bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı, ölənin isə azərbaycanlı olduğu qeyd olunub.

Faktla bağlı cinayət işi açılıb.

aia.az



5237 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031