Mobil versiya
Məşhur avtoritetə 9 il 10 ay həbs verildi
Tarix: 29-03-2018 | Saat: 16:25
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Məşhur avtoritetə 9 il 10 ay həbs verildi


Moskvanın Nikulin rayon məhkəməsi "Şakro Molodoy" ləqəbli "qanuni oğru" Zaxari Kalaşova hökm oxuyub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hökmə əsasən, kriminal avtoritet cəzasını ciddi rejimli müəssisədə çəkməklə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun yaxın adamı Andrey Koçuykov ("İtaliyan" ləqəbli ) 9,5 il, Rusiya Desantçıları İttifaqının rəhbəri Batır Bekmuradov 9 il 4 ay müddətinə həbs edilib. Hər iki şəxs cəzasını ciddi rejimli müəssisədə çəkəcək. Digər 9 nəfərlə bağlı 7,5 ildən 9,5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Kalaşovun tələbetmə ittihamı ilə iki epizod üzrə təqsirli bilinməsini, onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini və 700 min rubl dəyərində cərimə olunmasını tələb edib. Onun yaxın tərəfdaşı Andrey Koçuykova qarşı isə cəzasını ciddi rejimdə çəkməklə 9,5 il müddətinə azadlıqdan məhrumetmə və 500 min rubl dəyərində cərimə tələb edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024