Mobil versiya
Azərbaycan Prezidentinin sərt xəbərdarlığına əməl etməyən Hacı Zeynalabdin qəsəbə Nümayəndəsi
Tarix: 29-03-2018 | Saat: 10:55
Bölmə:Siyasət | çapa göndər





"Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib. Prezident qeyd etmişdir ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.

Əldə etdiyimiz məlumata görə, Ölkə başçısının sərt xəbərdarlığına əməl etməyən, qanunla müəyyən olunan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi Lalə Hacıyevanın müəyyən olunması diqqət mərkəzindədir. Mənbə bildirir ki, ötən həftələrində qəsəbə icra Nümayəndəsinin binasında qəsəbənin Nümayəndəsi Lalə Hacıyeva (Azərbaycan Respublikasının Cinayət Məcəlləsi / on birinci bölmə: Maddə 308.: Vəzifə səlahiyyətlərindən sui-istifadə və
Maddə 309.: Vəzifə səlahiyyətlərini aşma) qəsəbə ictimaiyyəti qarşısında 13 il iş stajı olan Hacı Zeynalabdin Bələdiyyə qulluqçularının birinin şərəf və ləyaqəti təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı sözlərdən ibarət oldu. Hadisədən bir gün sonra həmin Azərbaycan Demokratik Respublikasının vətəndaşı Sumqayıt şəhər İcra Hakimiyyətinin də 164 nömrəli "Qaynar xətt”inə şikayətini məlumatlandırdı, lakin bununla bağlı Lalə xanıma töhmət verilmədi.
Məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır. Heç kimin haqqı yoxdur ki, kimi isə təhqir etsin.
Lalə Hacıyevaya yada salmaq lazımdır ki, konstitusiya hər bir müstəqil dövlətin ali qanunudur. Bu ali qanun xalqın hüquq və azadlıqlarını təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Qeyd edək ki, 2017-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva işdən çıxarılması ilə bağlı və zidd olmayan digər xəbərlərlə diqqət mərkəzinə düşmüşdür.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə