Mobil versiya
Yuri Qaqarinin 50 il əvvəlki müəmmalı ÖLÜMÜ – Kosmonavt təxribatın qurbanı olub?
Tarix: 29-03-2018 | Saat: 10:18
Bölmə:Manşet / Media | çapa göndər

Yuri Qaqarinin 50 il əvvəlki müəmmalı ÖLÜMÜ – Kosmonavt təxribatın qurbanı olub?




50 il əvvəl Sovet kosmonavtikasının ən məşhur siması sayılan Yuri Qaqarin aviasiya qəzasında həlak oldu. O, Sovet İttifaqının yetişdirdiyi uğurlu kosmonavt idi.



Modern.az xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalının əməkdaşı Herhadr Kovalski onun ölümü ilə bağlı gizli məqamları işıqlandırmağa çalışıb. Rəsmi məlumatlara görə, faciə bədbəxt hadisə nəticəsində baş verib.

Onun danışdırdığı keçmiş kosmonavt Aleksey Leonov isə aviaqəzanın nəticələrini araşdırdığını və günahkarların adlarını bildiyini deyib. Kovalevski hadisə ilə bağlı buraxdığı 2 kitabında bu barədə fikirlərini səsləndirir.

“Leonovun sözlərinə görə, 1968-ci il martın 27-də təlim uçuşu zamanı “Suxoy” Konstruksiya Bürosuna məxsus təyyarə Qaqarinin olduğu təyyarəyə yaxınlaşıb və bu toqquşmaya səbəb olub. Leonovun öz iddialarını 3 kəndlinin həmin gün alçaqdan uçan “Su” təyyarəsini görməsi və hadisədən sonra şəxsən 2 partlayış səsini aydın eşitməsi əsasında qurub”.



2013-cü ildə Qaqarinin ölümünün 45 illiyi ilə bağlı Leonov prezident Putinə müraciət edərək faciə ilə bağlı gizli saxlanılan sənədlərin üzərindən məxfilik qrifinin götürülməsini istəyib. Doğurdan da, sənədlər ictimaiyyətə açıqlananda Leonovun dediyi kimi, təyyarənin Qaqarinin göyərtəsində olduğu “MiQ”in yaxınlığından keçdiyini bildirib.



“Der Spiegel” faktla bağlı kosmonavtın qızı Qalina Qaqarinadan Leonovun iddiaları ilə bağlı açıqlama alıb. Kosmonavtın qızı Leonovu yalan danışmaqda ittiham edib.

“Onun dediklərini sübut edən heç bir fakt ictimaiyyətə təqdim olunmayıb. Onun xidmətləri olsa da, bu ona öz fantaziya və iddialarını reallıq kimi qələmə verməsinə hüquq vermir”. Qaqarina kosmonavtın bu hadisə üzərindən özünə reytinq toplamaq istədiyini iddia edir.

Uçuş-Tədqiqat İnstitutunun keçmiş rəhbəri Arseni Mironov da Leonova yazdığı açıq məktubda 1968-ci il martın 27-də hava məkanında 2 “su-15” təyyarəsinin olduğunu təsdiqləyir. Bununla belə, keçmiş məmur həmin təyyarələrdən birinin Qaqarinin “MiQ”lə havaya qalxdığı zaman eniş etdiyini, digər təyyarənin isə qəza baş verəndən az sonra havaya qalxdığını xatırladır.



“Görünən odur ki, Yuri Qaqarinin ölümü 50 il sonra da Rusiyada ciddi mübahisələrə yol açır” –deyə məqalənin müəllifi Herhard Kovalski məqaləsini tamamlayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024