Mobil versiya
Zakir Həsənov Hulusi Akarla görüşüb
Tarix: 28-03-2018 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zakir Həsənov Hulusi Akarla görüşüb


Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının rəhbəri ilə görüşüb.

aia.az-ın məlumatına görə, Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə SQ Baş Qərargahının rəisi Hullusi Akarla görüşü olub.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənovun səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

General-polkovnik martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024