Mobil versiya
Xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək
Tarix: 28-03-2018 | Saat: 11:59
Bölmə:Manşet / Ölkə | çapa göndər

Xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək


Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aia.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024