Mobil versiya
Bakıda 1 gündə 18 mindən çox sərnişin daşındı
Tarix: 27-03-2018, 16:18 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda 1 gündə 18 mindən çox sərnişin daşındı


Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir günə 18 mindən çox sərnişin daşınıb



Avtovağzal Kompleksindən verilən məlumata görə, sərnişin daşımalarının müasir standartlara uyğun həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində quruculuq və təmir-bərpa işlərinin aparılmasına baxmayaraq, kompleks hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də xüsusi iş rejimində fəaliyyət göstərib.



Bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində çalışıb.



Belə ki, adi vaxtda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salındığı halda, bayram günlərində 5200-dən çox reyslə 140 mindən çox sərnişin daşınıb. Müqayisə üçün qeyd edək ki, ötən il Novruz bayramı günlərində 4866 reyslə 123 mindən artıq sərnişin daşınmışdı.


Bayram günlərində ən çox sərnişin sıxlığı martın 19-da müşahidə olunub. Həmin gün 700-dən artıq reyslə 18 800-dən çox sərnişin yola salınıb.



Qeyd edək ki, ötən illərlə müqayisədə onlayn bilet satışında da aktivlik müşahidə olunub.

aia.az



5212 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031