Mobil versiya
Daha bir Heydər Əliyevçi 91 işdən çıxarıldı
Tarix: 04-07-2015 | Saat: 23:20
Bölmə:Gündəm / Cəmiyyət / Seçilənlər-4 | çapa göndər

Daha bir Heydər Əliyevçi 91 işdən çıxarıldı

Heydər Hüseynov eşidə, ağlı da ola, prezident İlham Əliyevə teleqram vura ki, bunlar nə danışır, mərhum Heydər Əliyev Azərbaycan Müəllimlər İnstitunun rəhmətlik direktoru Məmmədhənifə müəllimi dünyasını dəyişənə qədər işdən çıxarmadı. Bunlar məni didərgin saldılar. İndi baxın dünyanın harasıdır. İkinci bir strateji sahə olan təhsil siyasətini kimlər həyata keçirir. Demək ki, təhsil bundan da qara günlərə qalacaq. Bu barədə Faktinfo.az saytının elektron ünvanına daxil olan məlumatda qeyd olunur:

Son günlər TQDK-nın yaydığı statistika təhsilin bərbad vəziyyətdə, hələ neçə belə illər olacağından xəbər verdi. TQDK-nın sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələrini (təbii statistika biabırçı vəziyyəti əhatə edirdi) açıqladığı andan ara qarışdı. Təhsil naziri Mikayıl Cabbarov tərəfdarları müzakirələrə qoşulmağa, hazırki naziri müdafiə etməyə başladılar. Hətta Qubad İbadoğlunun açıqlamalarına təhsil üzrə ekspert Etibar Əliyev də don geyindirməyə çalışdı ki, bu acınacaqlı vəziyyətə görə Misir Mərdanov cavabdehdir. Etibar Əliyevin yanaşması açığı özünü də qane edib, ürəyindən gəlməsə də, buna məcbur kimi, loyal fikirləri ilə hələ neçə belə illərdən üzərinə qayıdılacaq bir məsələ olaraq bağlandı. Amma Etibar Əliyev bir təhsil eksperti kimi sonrakı illərində acınacaqlı statistikasına loyal arayış vermək istəmirsə, mütləqdir ki, təhsil nazirinin orta məktəb direktorları, ali və orta ixtisas ilk peşə təhsili müəssisələrinə rəhbər təyin olunanların kimliyini araşdırsın, gələcək perspektivdə təhsilimizə rəhbər qoyulan bazar adamlarından təhsili qaldıra biləcəklərinə dair yəqinlər əldə etsin. Lap elə Mikayıl Cabbarovun təhsil naziri olduğu andan etibarən ətrafına yığdığı təhsilli, amma təhsildən xəbərsizlərdən başlasın ki, həmin şəxslərlə təhsilin səviyyəsini qaldırmaq olar, yoxsa yox, gələcəkdə təhsil ilə bağlı daha hansı acınacaqlı statistika ola bilər. Məsələn, Təhsil Nazirliyində savadlı bir şəxsin Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri İlham Mustafayevin kiminlə əvəzləndiyini, orta məktəblərə, kolleclərə nədən bazar adamlarının rəhbər təyin olunduğunu, amma bunu keçmiş təhsil naziri Misir Mərdanovun etmədiyini müəyyənləşdirsin.

Açığı bunu təhsil üzrə ekspert Etibar Əliyevin cavablandıra bilməyəcəyindən özümüz vurğulayaq. Bu gün Bakının orta məktəblərində tədricən o şəxslər seçilir ki, onların çoxlu pulu var. Peşə məktəblərinə, kolleclərə o şəxslər rəhbər təyin olunur ki, onlar saxta diplom üzrə alverçilik edib pul qazanırdılar. Məsələn, ölkə əhalisinin mütləq əksəriyyəti bilir ki, 20 il bundan qabaq millət vəkili Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev “San Marino”, “Diplomatiya Universiteti” və s. tədris ocaqlarını təsis etməklə həmin universitetlərə TQDK plan yerlərindən əlavə qəbuldan kənar tələbə qəbulları aparmaqla neçə min gənci bədbəxt edib. Əldə etdiyi milyonlarla Odlar Yurdu Universitetini təsis edib bu qara işlərini son iki ilə qədər davam etdirdi, saxta diplomlar verdi. Onda Əhməd Vəliyevin oğlu Samir Vəliyev atasına bu qara işlərin həyata keçirilməsində yaxından kömək edirdi. Sonralar atasının rəhbərlik etdiyi universitetlərdə “prorektor” oldu. Müdafiə edib “professor” adına sahibləndi. Hətta, bələdiyyələrdə pul olduğunu bilib Nərimanov rayonundan bələdiyyə seçilməsi üçün namizədliyini də verdi. İndi bu şəxs İlham Mustafayev kimi bir savadlı şəxsi əvəzləyir, ali və orta ixtisas, ilk peşə təhsili şöbələrinə rəhbərliyə gətirilir. Məgər bunu Misir Mərdanov edərdi?! Amma Mikayıl Cabbarov etdi və hazırda Təhsil Nazirliyində bazar qanunları, qara işlər və s. cərəyan etməyə başlayıb. Bunları Mikayıl Cabbarov bilmir, Samir Vəliyevin şöbə müdiri olmasını o təsdiqləməyib?! Belə olan halda nə təhsil, kimin pulu çoxdu, gəl çıx başa, oyunu axıra kimi oyna deyilmir?! Mütləqdir ki, bu açıq formada sözlə deyilsin?! Samir Vəliyev nə edir? Son aylarda peşə və kolleclərə təyin olunan direktorlara baxılsa, vəziyyətin acınacaqlı olduğu aşkarlanar.

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Şıxıyeva Tənzilə işdən çıxarıldı, yerinə kim qoyuldu? Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə rəhbərlik edən Xaləddin Ələkbərovun təhsildən, tədrisdən xəbəri varmı? Bakı Texniki Kollecinin direktoru Məmmədov Ramazan vəzifəsindən çıxarıldı, yerinə qoyulan Məmmədov Fəxrəddin kimdi? Hamısı Samir Vəliyevin bir zamanlar qara işləri birgə həyata keçirdikləri şəxslər deyilmi? Uzağa niyə gedirik? Samir Vəliyevin dostu Bakı Sənaye Pedoqoji Kollecinin direktoru Vidadi Orucov pul hesabına mərhum Heydər Əliyevə sadiq 91-dən olan Heydər Hüseynovu tutduğu vəzifədən azad etdirib öz adamlarını Firudin Orucov direktor əvəzi, Səfər Səfərovu qiyabi şöbənin müdiri qoydu. Hazırda Bakı İdarəetmə və Texnologiya Kollecini Dövlət İdarəetmə və Texnologiya Kollecini Vidadi Orucov sex kimi işlədir. “Sexofşik” də Səfər Səfərovdur. Kollec talanır. Səfər Səfərov oğlunu kollecə komendant təyin edib, özü də direktor olmağa hazırlaşır. Belə adamlarla, Samir Vəliyevlə, Mikayıl Cabbarovun “kadrları” ilə təhsili inkişaf etdirmək olar?! Təbii ki yox! Yeri gəlmişkən, o da söylənilir ki, 91-dən olan Heydər Hüseynovu kollecdən uzaqlaşdıranda Samir Vəliyevə deyiblər ki, o 91-dəndir. Samir Vəliyev isə cavabında “daha 91 keçmir, onları qəbul edən kimdir” kimi cavab verib.
(Aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024