Mobil versiya
YAP-ın seçki şüarı məlum oldu
Tarix: 19-03-2018 | Saat: 10:14
Bölmə:Gündəm | çapa göndər

YAP-ın seçki şüarı məlum oldu


2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin növbəti və mühüm mərhələsi-təbliğat-təşviqat kampaniyası başlayıb.

aia.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyası tərəfindən 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurlu start verilib. Yeni Azərbaycan Partiyası seçkilərə "İlhamla irəli" şüarı ilə gedir.

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının nəzdində yaradılmış seçki qərargahları seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini tam başa çatdırıb, bu gün səhər saatlarından etibarən, təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsinə başlanıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Fevralın 27-də Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyini qeydə alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024