Mobil versiya
Deputat ordumuzun təlimləri HAQDA: “Ermənilərin canına vəlvələ düşüb”
Tarix: 17-03-2018 | Saat: 18:31
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputat ordumuzun təlimləri HAQDA: “Ermənilərin canına vəlvələ düşüb”


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən 17-dək müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilib



Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.



Məsələ ilə bağlı Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Modern.az-a açıqlama verib.

Ehtiyatda olan general-leytenant bildirib ki, genişmiqyaslı təlimlərin keçirilməsində əsas məqsəd müharibəyə hazırlıqdır.

“Yarışa çıxan nə qədər çox məşq edərsə, qələbə də onunla olar. Azərbaycan yeni silahlar alır, ordu sırasına ildə 4 dəfə çağırışlar olur. Təlimlərdə əsas məqsədlərdən biri də hərbiçilərimizin hər zaman döyüşə hazırlıqlı olmasıdır. Alınan silahlar yoxlanmalıdır ki, Ali Baş Komandanın əmri olanda həmin silahlardan istifadə etmək olsun, həm də işlək olsun”.

Əliağa Hüseynov deyib ki, Ermənistan ordusu bilir ki, Azərbaycan ordusu onlardan qat-qat güclüdür.



“Azərbaycan xalqı, əsgəri hər zaman Ali Baş Komandanın əmrini gözləyir. Amma biz istəyirik ki, sülh yolu ilə torpaqlarımızı geri qaytaraq. Cavanlarımızı qırğına verməyək. Ermənilər qırğına vermək istəyirlərsə, biz onların lazımi cavablarını verərik. Aprel hadisələrində olan kimi. Onlar onu bilirlər. Mən elə bilirəm ki, torpaqlarımızı cənab prezidentin siyasəti nəticəsində sülh yolu ilə geri qaytaracağıq. Dünya ölkələri ölkə başçısının apardığı siyasət nəticəsində artıq Ermənistanı işğalçı ölkə kimi tanımağa başlayıblar. Ona görə ermənilərin canına vəlvələ düşüb ki, sabah Rusiya da Amerika da ondan üz döndərəcək. Çünki onlar işğalçıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024