Mobil versiya
Milli Məclisin İntizam Komissiyası nə vaxt toplaşacaq? - AÇIQLAMA
Tarix: 17-03-2018 | Saat: 11:27
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin İntizam Komissiyası nə vaxt toplaşacaq? - AÇIQLAMA


Milli Məclisin Daxili Nizamnaməsində göstərilib ki, parlamentin ilk iclasında və sonra hər il yaz sessiyasının birinci iclasında İntizam Komissiyası yaradılır. Komissiya Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir.

Bu ilin yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da Milli Məclisin İntizam Komissiyasının tərkibi müəyyənləşib.

İntizam komissiyasının tərkibinə deputatlar Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil edilib.

Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi formalaşdıqdan sonra iclasları keçirilibmi? Komissiya yaxın günlərdə yenidən toplana bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil MustafaModern.az-aaçıqlama verib.

Deputat bildirib ki, İnztizam Komissiyasının yeni tərkibi müəyyənləşdikdən sonra iclas keçirilib və orada katib və sədr seçilib. Komissiya üzvü qeyd edib ki, ixtisaslaşmış İntizam Komissiyasının yaradılması ilə bağlı təkliflər var

"Bu təkliflər gündəmə gələn kimi komissiyanın iclası keçiriləcək. İntizam Komissiyasına müraciət olan zaman toplanır. Hələ ki, komissiyaya bir müraciət daxil olmayıb. İxtisaslaşmış İntizam Komissiyasının yaradılması ilə bağlı təkliflər var. Çünki Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozma halları baş verərsə, bunun peşəkar səviyyədə araşdırılması vacibdir. Əgər belə olmasa böyük problemlər ortaya çıxa bilər. Nəzərə alınmalıdır ki, burada deputatın mandatından, ictimaiyyəti maraqlandıran məsələdən söhbət gedir. Gərək bu məsələdə daha peşəkar qərar verilmə imkanı olsun. İntizam Komissiyasının hazırki tərkibi bir qədər buna müvafiq deyil. Ona görə də bu məsələ ətrafında düşünməyə dəyər”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024