Mobil versiya
Prezident Qarabağ məsələsini gündəlik diqqətdə saxlayır
Tarix: 16-03-2018 | Saat: 12:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident Qarabağ məsələsini gündəlik diqqətdə saxlayır


“Təəssüflə qeyd edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb”.

Bunu Baş nazir Artur Rasizadə 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Milli Məclisdə təqdim edərkən deyib.

Baş nazir bildirib ki, dövlət başçısı hamımızın ağrılı yeri olan Qarabağ məsələsini gündəlik diqqətdə saxlayır. A.Rasizadə qeyd edib ki, münaqişənin həllinə dair sülh yolu ilə yanaşı, hərb variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır.

“Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Müdafiə sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisəslərində 1200-dən çox məhsul istehsal olunur. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar xarici ölkələrə də ixrac olunur”.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024