Mobil versiya
Vergilər Nazirliyi 3 aydır yoxlamaları DAYANDIRIB
Tarix: 14-03-2018 | Saat: 10:43
Bölmə:Manşet / Gündəm | çapa göndər

Vergilər Nazirliyi 3 aydır yoxlamaları DAYANDIRIB


Artıq 3 aydır ki, Vergilər Nazirliyi yoxlamaları müvəqqəti olaraq dayandırıb. Vergi ödəyicilərini maraqlandıran əsas məsələlərdən birinin – vergi yoxlamalarının aparılmasında dəyişikliklər olub-olmayacağı ilə bağlıdır.



Modern.az-ın məlumatına görə, bunu martın 7-də Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov çıxışı zamanı bildirib.



S.Ələkbərov qeyd edib ki, hazırda daha səmərəli vergi mexanizmlərinin üzərində işlər gedir:



“Vergilər Nazirliyinin məqsədi yoxlama aparmaq deyil, nəzarət sistemində yeni yanaşmaların tətbiqi, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliyinin artırılmasıdır.



Qarşıdakı dövrdə yoxlamalrın daha da azaldılacaq, amma bu o demək deyil ki, vergi nəzarəti olmayacaq. Hazırda vergi inzibatçılığı elə bir səviyyədədir ki, vergi orqanları yüksək elektornlaşdırma nəticəsində məsafədən idarəetmə metodu ilə riskli vergi ödəyicilərini aşkar edə bilir. Ona görə də təsərrüfat fəaliyyətlərində problemləri olan, uçot işlərini düzgün qurmayan və riskli hesab edilən vergi ödəyiciləri qanunvericilyiin tələblərinə daha ciddi əməl etməlidirlər”.



Nazir müvaini riskli vergi ödəyicilərinə xəbərdarlıq da edib:



“Gələcəkdə yoxlamlar və sanksiyalarla üzləşməmək üçün sahibkarlar öz fəaliyyətlərindəki qanun pozuntularını aradan qaldırmalıdırlar. Qanunun tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması məqsədilə müvafiq yoxlamlar aparılacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024