Mobil versiya
Afrində 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub
Tarix: 12-03-2018 | Saat: 10:11
Bölmə:Manşet / Dünya | çapa göndər

Afrində 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub


Türkiyə Silahlı Qüvvələrinin "Azad Suriya Ordusu" ilə birgə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.

aia.az-ın məlumatına görə, əməliyyatın keçirildiyi müddət ərzində 3291 terrorçu məhv edilib.

Bundan əvvəl Türkiyənin Baş naziri Binəli Yıldırım bildirmişdi ki, Afrində təqribən 8-10 min PYD və YPG terrorçusu yerləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024