Mobil versiya
Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı
Tarix: 10-03-2018 | Saat: 13:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi "AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin şəxslər namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər, namizədliklərinin qeydə alınması üçün əsaslar var.

Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024