Mobil versiya
Azərbaycandakı narkoman və alkoqoliklərin rəsmi sayı açıqlandı
Tarix: 09-03-2018 | Saat: 11:09
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycandakı narkoman və alkoqoliklərin rəsmi sayı açıqlandı


Dövlət Statasitika Komitəsi əhalinin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi haqqında məlumat açıqlayıb.

Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov bildirib ki, qeydiyyatda olan xəstələrin əsas hissəsini hər yaş qrupunda təxminən eyni sayda olmaqla 25 yaşdan yuxarı şəxslər təşkil edib:


"Müalicə - profilaktika müəssisələrində alkoqolizm, narkomaniya və toksikomaniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin ümumi sayı 51,6 min nəfər olub ki, onlardan qadınların sayı 1,5 min, kişilərin sayı 50,1 mindir. Ümumu xəstələrdən 5 nəfəri isə 15-17 yaşlı yeniyetmələrdi”.
R.Süleymanovun sözlərinə görə, alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulanlar 21, 9 min nəfər, narkomaniya diaqnozu qoyulanlar isə 29, 5 min nəfər təşkil edir.

Həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı 2,7 min nəfərdir.(modern.az)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024