Mobil versiya
Azərbaycan sərhədini pozan suriyalı SAXLANILDI
Tarix: 08-03-2018 | Saat: 11:25
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycan sərhədini pozan suriyalı SAXLANILDI



Azərbaycan dövlət sərhədini pozan Suriya vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən aia.az-a verilən məlumata görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd po­zu­cusu Astara-Ər­çivan magistral yolunda yanacaqdoldurma mən­tə­qəsinin yaxınlı­ğın­da saxlanılıb, 1990-cı il təvəllüdlü Suriya vətən­da­şı Tahir Əli Əbdülsalam oğ­lu olması müəyyən­ləşdirilib.
Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respubli­ka­sı­nın, Rusiya Federasiyasının və Belarusun xəritələri, 1 ədəd dini ki­­tab, 578 ABŞ dolları, 1300 avro, 170 000 İİR rialı aşkar olunub.
Fakt üzrə Azərbaycan Cina­yət Məcəlləsinin mü­vafiq maddəsi ilə cinayət işləri başlanılmış­dır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə