Mobil versiya
Yol polisi qadın sürücülərə hədiyyə verəcək
Tarix: 07-03-2018 | Saat: 17:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yol polisi qadın sürücülərə hədiyyə verəcək


"Hər il olduğu kimi bu ildə Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək".

aia.az xəbər verir ki, bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, bayram günü ilə bağlı saxlanılacaq sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılacaq, eyni zamanda idarə etdiyi nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılacaq. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən xanım srücülər BPİ Dövlət Yol Polisi İdarəsi tərəfindən "Nümunəvi xanım sürücü" kimi elan ediləcək. Həmim xanım sürücü gül buketləri, o cümlədən müxtəlif qiymətli hədiyyərlər təltif olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024