Mobil versiya
Yolu kəsdi, həm də sürücünü təhqir etdi - VİDEO
Tarix: 06-03-2018 | Saat: 10:56
Bölmə:Manşet / Ölkə | çapa göndər

Yolu kəsdi, həm də sürücünü təhqir etdi - VİDEO



Fevralın 28-i, saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər m/s dayanacağına daxil olarkən hadisə baş verib.



Bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a məlumat verib.



Təqdim olunan görüntüdə 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlaması, avtobusun dayanacağa daxil olmasına maneə yaratdığı və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir etdiyi əks olunur.



M.Piriyev bildirib ki, “BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur:

“Ancaq sərnişindaşıma fəlaiyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır. Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi bütün vəhclə öz hərəkətinə haqq qazandırmaqdan, yaşılı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir”.



Qurum rəsmisi deyib ki, qeyd edilən hadisə iə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib:



“Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müracit olunub. Hadisəyə hquqi quiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən bu kimi hallara qarşı laqeyid qalmamağa çağırırıq”.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024