Mobil versiya
Azərbaycanda zibillikdən yığılan süd
Tarix: 30-06-2015, 11:03 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Hadisə / Karusel | çapa göndər

Azərbaycanda zibillikdən yığılan süd
İnsan həyatı üçün təhlükəli məhsul istehsal edən müəssisə tapıldı.
Lənkəranda antisanitar şəraitdə istehsal edilən süzmə və kəsmik aşkarlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin məhsullar Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin keçirdiyi reyd zamanı Lənkəran rayonu, Göybaşa kəndində, İbrahimov Laçın Vilayət oğluna məxsus evin həyətində tapılıb.

Məlum olub ki, istehsal olunan süzmə və kəsmiyin Respublika Səhiyyə Nazirliyi tərəfindən verilən uyğunluq sertifikatları yoxdur. Məhsullarının üzərində heç bir markalanma da olmayıb.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsinin baş məsləhətçisi Xalid Ələkbərlinin sözlərinə görə, xammal istifadə müddəti keçmiş, insan həyatı üçün təhlükəli məhsullardır. O həm də bildirib ki, süd məhsullarının xammalı məişət tullantıları atılan yerdən götürülüb.

Süzmə və kəsmiyin satışının qadağan olunması barədə məhdudlaşdırıcı qərar verilib. Fakt üzrə araşdırmalar davam etdirilir.



5519 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031