Mobil versiya
Azərbaycanda Beynəlxalq Ordu Oyunları keçiriləcək
Tarix: 05-03-2018 | Saat: 17:13
Bölmə:Manşet / Gündəm | çapa göndər






Beynəlxalq Ordu Oyunları bu il iyulun 28-dən avqustun 11-dək altı dövlətin - Rusiya, Azərbaycan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu haqda Moskvada keçirilən konfransda Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsev bildirib.

Onun sözlərinə görə, oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə doqquz ölkədən 74 komanda müraciət edib.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları planlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024