Mobil versiya
Vahid Mustafayev Mirşahinin telekanalında olmayacaq
Tarix: 05-03-2018 | Saat: 16:58
Bölmə:Gündəm | çapa göndər

Vahid Mustafayev Mirşahinin telekanalında olmayacaq




Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi yeni televiziya kanalı - “Real” TV yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu barədə Modern.az-a adı çəkilən telekanalın işçiləri bildiriblər.


Qeyd edək ki, bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə müsbət cavab verilib.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Real” TV) ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.



"Real" TV-nin baş direktoru Mirşahin Ağayev yeni telekanala vaxtilə bir yerdə çalşıdığı telejurnalistləri – keçmiş ANS-çiləri toplayıb.


Maraqlıdır, Mirşahinin uzun illərdir birgə yol gəldiyi Vahid və Seyfulla Mustafayevlər də "Real" TV-də olacaqmı?


Modern.az məsələni dəqiqləşdirmək üçün Vahid Mustafayevlə əlaqə saxlayıb. V.Mustafayev əvvəlcə sualımızı dinləyib, daha sonra bu barədə danışmağa vaxtı olmadığını deyərək, dəstəyi asıb. V.Mustafayev vaxtı olan kimi özü bizimlə əlaqə saxlayaraq, geniş açıqlama verəcəyini bildirib.

Mirşahin Ağayevin özü ilə isə həmişəki kimi əlaqə yaratmaq mümkün olmayıb.

“Real" TV-də isə bu layihənin Mirşahin Ağayev tərəfindən gerçəkləşdirildiyi, Vahid Mustafayevin yeni komandada yer almayacağı bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024