Mobil versiya
Uşağın cinsini öyrənmək qadağan edilir
Tarix: 22-11-2015 | Saat: 13:58
Bölmə:Səhiyyə / Manşet / Karusel | çapa göndər

Uşağın cinsini öyrənmək qadağan edilir

Ana və körpənin sağlamlıq problemi olmadan uşağın cinsinə görə abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Uşağın cinsiyyətini öyrənmək qanunla qadağan ediləcək.

Yeni doğumlarda uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmasın deyə, selektiv abortun əngəllənməsi nəzərdə tutulur.

Son 5 ildəki doğumların statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. Əslində isə 100 oğlan uşağına 104 qız uşağı düşməlidir. Bu məqsədlə selektiv abortun qarşısının alınması təklif olunur.

2014-cü ildə ölkədə 27 min 220 abort qeydə alınıb. Onların arasında selektiv abort etdirənlər üstünlük təşkil edir. Selektiv abort - dölün cinsinə görə hamiləliyə xitam verilməsidir.

“Reproduktiv sağlamlığın qorunması haqqında” Qanunun qəbulundan sonra ana və körpənin sağlamlıq problemi kimi əsas olmadan abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanunun Milli Məclisin 2016-cı ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. (xəzər tv)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024