Mobil versiya
İsa Qəmbərin ürəyinə Türkiyədə stent qoyulacaq
Tarix: 03-03-2018 | Saat: 13:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

İsa Qəmbərin ürəyinə Türkiyədə stent qoyulacaq


“İsa Qəmbərin səhhəti ilə bağlı dünən axşam saat 17:00-a qədər heç bir əlavə problem aşakar olunmayıb. Sadəcə İsa bəyin ürəyinə stent qoyulması prosesi ilə bağlı ürəyin gücləndirilməsi üçün Türkiyəyə gedib”.



Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.



“İsa Qəmbər Azərbaycanda da müalicə alan zaman ona deyilmişdi ki, ürəyinə stent qoyulması ehtiyac var” –G.Aslanlı əlavə edib

Müsavat Partiyasının funksioneri bildirib ki, onun səhətinddə ciddi bir problem yoxdur.

“Bunu mən tam səmimi bir şəkildə deyirəm. Hətta hər bir şəxs Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb oradakı həkimlərdən soruşa bilər.



Sadəcə Türkiyədə Kültür Dərnəyində olan dostlarımız istədilər ki, İsa Qəmbər Azərbaycandan başqa orada da müayinə olunsun. Sadəcə İsa bəy müayinəni dəqiqləşdirmək üçün Türkiyəyə gedib”.



Qeyd edək ki, fevralın 28-də Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedib.

Yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib.



Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.



Fevralın 23-də isə o yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024