Mobil versiya
Azərbaycanda bir gündə 56 nəfər TUTULDU
Tarix: 03-03-2018 | Saat: 11:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda bir gündə 56 nəfər TUTULDU


Ötən gün respublikada daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb.

Bu haqda aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Qeyd olunur ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Yollarda olan vəziyyətə gəlincə, ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bildirilir ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024