Mobil versiya
1saylı Bakı Tibb Kolleci islahatların önündə gedən müəssisələrdən biridir
Tarix: 01-03-2018 | Saat: 11:52
Bölmə:Təhsil | çapa göndər






Professor Nəriman Mövsümovun şəxsi təcrübəsi və təşəbbüskarlığı pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Bu gün ölkəmizdə uğurlu fəaliyyəti, tibb sahəsində peşəkar orta-ixtisas kadrlarının hazırlanması istiqamətində əldə etdiyi yüksək nailiyyətləri ilə seçilən təhsil ocaqlarından biri də 1 saylı Bakı Tibb Kollecidir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bu kollecin adı əvvəllər1 nömrəli Bakı Tibb Məktəbi olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən16 iyun 2010-cu ildən tibb-təhsil müəssisəsi hazırkı adı ilə adlandırılmışdır. Hazırda 1 saylı Bakı Tibb Kollecində Müalicə işi, Mamalıq işi, Tibbi profilaktika, Ortopedik stomatologiya, Əczaçılıq, Tibb bacısı işi, Laboratoriya diaqnostikası işi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Kollecin direktoru tibb üzrə elmlər doktoru, professorNəriman Mövsümovdur.

Qısa arayış:
Nəriman Mövsümov 1957-ci ildə Hacıqabul şəhərində anadan olub, 1974-cü ildə Bakı şəhərindəki 225 №-li orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub.

1980-ci ildə ATİ-nin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən N.Mövsümovun təyinatı Azərbaycan Elmlər Akademiyasının akademik A.Qarayev adına ET Fiziologiya İnstitutuna verilib və orada o, elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başlayaraq, 1982-1986-cı illərdə həmin institutun aspirantı olub. Elmi işlərə böyük həvəs göstərən gənc 1987-ci ildə “7-14 yaşlı uşaq və yeniyetmələrdə norma və nevroz zamanı ayıqlıq və yuxu dövrlərində vegetativ sinir sisteminin funksiyası“ mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib.



Fiziologiya İnstitutunda çalışdığı dövrdə Gənc Alimlər Şurasının sədri seçilib, eyni zamanda Bakı şəhərində keçirilən Zaqafqaziya Gənc Alim-Fizioloqlarının Konfransı üzrə Təşkilat Komitəsinin sədri, XIV Ümumittifaq Fizioloqlar Cəmiyyəti Qurultayının Təşkilat Komitəsinin üzvü olub.

1996-cı ildə kafedranın dosenti vəzifəsinə seçilib, 10 il kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb və 2003-cü ildən indiyə qədər ATU-nun nəzdində fəaliyyət göstərən FD 03.013 Dissertasiya şurasının üzvüdür. 2004-cü ildə “Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi” mövzusunda Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb, 2009-cu ildə kafedranın professoru vəzifəsinə seçilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı təsdiq edilib.
N.Mövsümov 150-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, Şərqdə ilk dəfə çap olunan orijinal “Anatomiya atlası” kitabının həmmüəlliflərindən biridir.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər 1 №-li Tibb kollecinin direktoru vəzifəsinə təyin edilib və ona tapşırılan yüksək etimadı doğruldaraq indiyə qədər həmin vəzifəni müvəffəqiyyətlə yerinə yetirir.
1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan alim hazırda Yasamal rayonu üzrə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.


Artıq qeyd etdiyimiz kimi, bu gün 1 saylı Bakı Tibb Kollecində olan bütün ixtisaslar üzrə kadr hazırlığı müasir dövrün ən yüksək tələbləri səviyyəsində həyata keçirilir. Tələbələrin fənnləri daha dərindən mənimsəmələri üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə və referatlar hazırlayırlar. Kollecdə 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, metodkabinet və digər yardımçı otaqlar fəaliyyət göstərir.

Kollecin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri müxtəlif tibbi avadanlıq və alətlərlə, əyani vəsait və tablolarla təchiz edilmişdir. Dövrün tələblərinə uyğun olaraq kollecdə müasir kompüterlərlə tam təmin olunmuş informatika otağı yaradılmışdır.Tələbələrin təcrübi bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi məqsədilə təcrübi dərslər Səhiyyə Nazirliyinin klinika, poliklinika, doğum evləri, dispanserlər və elmi-tədqiqat institutlarında keçirilir. Bunu da qeyd edək ki, müasir tədris metodlarının hazırlanması, yenilikçi təcrübələrin keçirilməsi, əldə edilən nəticələrin sadəcə kollec daxilində deyil, eləcə də ölkənin digər orta ixtisas tibb məktəbləri arasında yayılması baxımından professor Nəriman Mövsümovun şəxsi təcrübəsi və təşəbbüskarlığı da respublikanın pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu gün mövcud olan ictimai rəyə görə də, Nəriman müəllimin rəhbərlik etdiyi kollectibbi-təhsil islahatlarının önündə gedən müəssisələrdən biridir. Birmənalı olaraq demək olar ki, 1 Bakı Saylı Tibb Kollecinin rəhbərliyi və pedoqoji kollektivi ölkənin təhsil qanunundan və təhsil islahatlarından irəli gələn tələb və vəzifələrin icrasını, eləcə də tibbi-təhsilin səviyyəsinin daima yüksəldilməsinin zəruriliyini önəmli sayaraq, öz fəaliyyətlərini də məhz bu istiqamətlərdə nizamlayırlar.

aia.az

Sənan Osmanov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024