Mobil versiya
Səudiyyə Ərəbistanında ilk qadın nazir təyin olundu
Tarix: 27-02-2018 | Saat: 14:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Səudiyyə Ərəbistanında ilk qadın nazir təyin olundu




Son günlərdə yenilikləri ilə gündəmdə olan Səudiyyə Ərəbistanı ölkədə yeni bir ilkə imza atıb.



aia.az xarici KİV-ə istinadən xəbər verir ki, qadınlara əsgərliyə getməyə icazə verən qanundan sonra ilk qadın nazir vəzifəyə təyin edilib.

Səudiyyə Ərəbistanında ötən gün baş qərargah rəisi,hərbi hava qüvvələri komandanı və bir neçə nazir müavini vəzifəsindən çıxarılıb. Əmək Nazirliyində rəhbərliyə isə ilk qadın nazir gətirilib.Beləliklə, Tamader əl-Rəmmah adlı xanım Səudiyyə Ərəbistanın ilk nazir qadını olub.

Əmək və Sosial İnkişaf Nazirliyinə bir qadının təyin olunması,qadınların iş həyatına uğurları istiqamətində atılmış bir addım kimi qiymətləndirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024