Mobil versiya
Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetinin bir qrup nümayəndəsi Azərbaycan Müəllimlər İnstitutunda olublar
Tarix: 20-11-2015 | Saat: 21:35
Bölmə:Təhsil / Seçilənlər-4 / Aia TV / Karusel | çapa göndər



Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetindən dos.dr. Hüseyn Öztürk, dos.dr. İzzət Döş və müəllim Mustafa Gül Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) olublar. 19-21 noyabr tarixləri üçün nəzərdə tutulan səfər çərçivəsində Hüseyn Öztürk və Mustafa Gül institutun “ Əlavə təhsil” fakültəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Coğrafiya müəllimliyi” ixtisası üzrə dinləyicilərə “Müəllim, mədəniyyət və qloballaşma” mövzusunda, İzzət Döş “Məktəbəqədər təhsil müəssisələrin müdirləri”, “Tarix müəllimliyi”, ”Məktəb rəhbərləri” qruplarında “Türkiyə təhsil sistemi” mövzusunda mühazirələr söyləyiblər.

İnstitutun kiçik akt zalında qonaqların professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib. Görüşdə Türkiyə təhsil sistemi, aparılan islahatlar, Azərbaycan təhsil sistemi ilə müqayisəli təhlil, mümkün təcrübə mübadiləsi və s. istiqamətlərdə çıxışlar səsləndirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb. Bununla yanaşı qonaqlar bakalavr pilləsi üzrə bir neçə dərsdə iştirak edərək dərsin gedişatını izləyiblər, müəllim və tələbələrlə öz fikirlərini bölüşüblər .

Qonaqlar öz çıxışlarında qeyd olunan mövzularla yanaşı Azərbaycan, paytaxt Bakı haqqında təəssüratlarını bölüşüblər, müxtəlif tədbirlərin keçirilməsinə geniş şərait yaratdığına görə institutun rektoru, prof. Aqiyə xanım Naxçıvanlıya öz təşəkkürlərini bildiriblər, gələcəkdə hər iki ali təhsil müəssisəsi arasında müəllim və tələbə, təcrübə mübadiləsinin, birgə konfransların keçirilməsinin əhəmiyyətindən danışıblar.

Mətbuat və informasiya şöbəsi













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024