Mobil versiya
Rusiya mətbuatı: “Xocalı sakinlərinə divan tutmaq əmrini Sarkisyan verib”
Tarix: 26-02-2018, 09:27 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Rusiya mətbuatı: “Xocalı sakinlərinə divan tutmaq əmrini Sarkisyan verib”


Rusiyanın məşhur mətbu orqanı "Nezavisimaya qazeta"da Xocalısoyqırımının 26-cı ildönünümü ilə əlaqədar məqalə dərc olunub.

"Report" xəbər verir ki, "Xocalı faciəsinə qarşı etinasızlıq qəbuledilməzdir" başlıqlı məqalədə soyqırımı aktlarına sükutla yanaşılmasının planetin başqa yerlərində də belə dəhşətli hadisələrin təkrarlanmasına gətirib çıxara biləcəyi vurğulanır.

"Azərbaycan bu gün – güclü və müstəqil dövlətdir, hansı ki, nüfuzundan yalnız öz regionunda deyil, həm də dünya səhnəsində istifadə edir. Azərbaycan Respublikası habelə beynəlxalq təşkilatların üzvüdür. Ölkə BMT, Avropa Şurası, ATƏT, İKT-nin üzvü kimi müsbət siyasi imic formalaşdırıb və onun iqtisadiyyatı sürətli templə artır. Azərbaycan başqa dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışır", - deyə yazıda qeyd edilir.

Müəllif qeyd edib ki,Ermənistanın mövqeyi və böyük ölkələrin ikili standartları uzun illər boyunca Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını yubadır.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri öz himayədarlarının köməyi ilı Xocalı şəhərinə hücum edib. Hücum nəticəsində dinc, silahsız əhali kütləvi şəkildə məhv edilib. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər silahlı quldurların təcavüzünə məruz qalıb və xüsusi amansızlıqla öldürülüb. Xocalının daha 150 sakini itkin düşüb, 1275 nəfər girov götürülüb və işgəncələrə məruz qalıblar.

Qeyd edilir ki, Xocalı şəhərində dinc əhaliyə - etnik azərbaycanlılara qarşı hərəkətlər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

Məqalədə həmçinin bir sıra ölkələrin Xocalı faciəsini genosid kimi tanımaları qeyd edilir.

Həmçinin bildirilir ki, Xocalı sakinlərinə divan tutmaq haqqında əmr Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sarkisyan tərəfindən verilib.

aia.az



5241 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930