Mobil versiya
Ərdoğandan ABŞ-a: "Vicdansız, əxlaqsız..."
Tarix: 23-02-2018 | Saat: 12:56
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğandan ABŞ-a: "Vicdansız, əxlaqsız..."


Əgər biz mülki vətəndaşlarla hərbiçiləri ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı söyləyib. O, ABŞ Müdafiə Nazirliyinin sözçüsünün Türkiyə ordusunun Suriyada keçirdiyi əməliyyat nəticəsində Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatına sərt reaksiya verib.

"Bir Müdafiə Nazirliyi sözçüsü utanmadan Afrində mülki vətəndaşların öldürüldüyünü, insanların qorxudan evlərinə girə bilmədiyini söyləyir. Vicdansız, əxlaqsız... Qutanın şərqində hər gün yüzlərlə uşağın, qadının, yaşlının öldürülməsinə görə narahat olmursan, amma burada terrorçularla aparılan mübarizəyə görə narahatsan, üstəlik, saxta xəbərlər yayırsan. Əgər biz mülki vətəndaşlarla hərbiçiləri ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi".

Bəxtiyar Umarlı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024