Mobil versiya
BDU-da Elmi Şuranın növbəti iclası keçirilib
Tarix: 21-02-2018 | Saat: 13:29
Bölmə:Karusel / Təhsil | çapa göndər

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib


Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Respublikamızda prezident İlham Əliyevin təhsilə, elə qayğısından, bu sahənin inkişafı istiqamətində imzaladığı sərəncamlardan bəhs edib. Akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun 100 illik yubileyləri ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2017 – 2018 - ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məruzə ilə çıxış edib.

Elmi Şuranın iclasında Azərbaycan Resruplikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları və AMEA-nın adlı mükafatları üzrə elan edilmiş müsabiqələrə namizədlərin irəli sürülməsi məsəsləsi müzakirə olunub.

Bundan başqa, iclasda müsabiqənin keçirilməsi, elmi adların verilməsi və cari məsələlərə baxılıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024