Mobil versiya
Oğru “qrafikindən” danışdı: Bir gün “işdə”, bir gün evdə – VİDEO
Tarix: 19-11-2015 | Saat: 15:26
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


“Borcum olduğuna görə eləmişəm”.

Paytaxtın Binəqədi rayon ərazisində yük avtomobillərindən akkumulyator oğurlayan şəxs ifşa olunub.

Aia.az Region TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxs 20-yə yaxın akkumulyator oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinə yük avtomobillərindən akkumulyatorların oğurlanması barədə məlumat daxil olub. Əməliyyatçılar rayon ərazisində saxlanılan yük avtomobillərini akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən şəxsi yaxalaya biliblər.

Xocalı rayon sakini müvəqqəti olaraq Binəqədi rayon ərazisində məskunlaşan 35 yaşlı Azər Həsənağa oğlu Həsənov oğurladığı akkumulyatorları satmaq istəyərkən yaxalanıb.

O dindirilərkən törətdiyi cinayət əməllərini etiraf edib. Şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərdiyini deyən Azər müştərisi olmayanda oğurluğa əl atdığını bildirib:

"Borcum olduğuna görə eləmişəm. Götürdüyüm akkumulyatorları aparıb Zabratda 20-30 manata satırdım. Satdığım vaxtda da tutuldum elə. Gecə saat 2-dən 5-ə qədər çıxırdım. Bir gün gedirdim, bir gün evdə olurdum".

Doqquz maşından oğurladığı 18 ədəd akkumulyatordan Azər Həsənov 550 manat xeyir götürüb. Polisin apardığı araşdırma zamanı oğurluq malların bir məntəqəyə təhvil verilməsi müəyənləşdirilib.

Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində CM oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə