Mobil versiya
“Vor zakon”ların dəqiq sayı AÇIQLANDI - Siyahıda azərbaycanlılar da var
Tarix: 21-02-2018 | Saat: 10:18
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

“Vor zakon”ların dəqiq sayı AÇIQLANDI - Siyahıda azərbaycanlılar da var




İyun ayında Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiya “qanuni oğru”ların aktiv deportasiyasına başlayıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, futbol öncəsi “qanuni oğru”ların öz ölkələrinə deportasiyası həyata keçirilir.



Hazırda 51 yaşlı Aslan Kabuladze və Suliko Şarikadzenin Gürcüstana, 43 yaşlı Kamçibek Kolbayevin isə Qırğızıstana deportasiyası gündəmdədir.


Buna qədər, Baçuka Paçuliya (Pontiyski) Gürcüstana, Dadaş Bakinski isə Azərbaycana deportasiya edilmişdi.



XX əsrdən başlayaraq Rusiya ərazisində 5 min “qanunda oğru” mövcud olub. Onlardan bir qismi xaricdə, bir qismi həbsxanada, bir qismi isə sui-qəsdlər zamanı ölüb.


Hazırda 432 “qanunda oğru”nun aktivliyi saxladıqları bildirilir. Onların 318-i azadlıqda, 114-ü həbsxanada, 31-i istintaq altında və 19-u isə axtarışadır.


Kriminal aləmdəki “qanuni oğru”ların 242-si gürcü, 51-i rus, 30-u erməni, 26-sı yezid, 16-sı azərbaycanlı, 10-u abxaz, 8-i çeçen və 7-si yəhudidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024