Mobil versiya
Elton Hacıyev ilə Rasim Əsgərov "Nə yaxşı ki, tapdım" dedi - Foto
Tarix: 20-02-2018 | Saat: 15:01
Bölmə:Aia TV | çapa göndər

Elton Hacıyev ilə Rasim Əsgərov "Nə yaxşı ki, tapdım" dedi - Foto





Maqazin jurnalisti və PR meneceri Elton Hacıyev ilə istedadlı musiqiçi Rasim Əsgərovun birlikdə səmimi fotolar çəkdirməsinin səbəbi bəlli olub.



aia.az-ın məlumatına görə, peşəkar musiqiçi PR menecer Elton Hacıyevlə iş birliyinə imza atıb. Tərəflər yenicə işləməyə başlasalar da, artıq bəzi böyük layihələr haqda danışıqlar aparıblar. Rasim Əsgərov qeyd edir ki, Elton ilə iş birliyi hər kəsin düşündüyündən daha yaxşı olacaq: "Elton ilə tanışlığımız təsadüfən baş verdi. O bəyin iş görmək qabiliyyəti ilə yanaşı, həm də müsbət aurası var. O, həm peşəkar insan həm də yaxşı dostdur. Ümid varam ki, bu iş birliyi uzun ömürlü və uğurlu olacaq. Ən böyük həzz hər kəsin "bacarmarsan" dediyini bacardığın an bəxş olunur". Elton da, öz növbəsində, Azərbaycanın əsas peşəkar musiqiçi Rasim Əsgərovla iş birliyinə böyük ümidlər bəslədiyini dilə gətirdi: "Rasim Əsgərovla iş birliyindən uğurlar gözləyirəm. Çünki Rasim bəy hər zaman fərqli keyfiyyətli işlər ərsəyə gətirərək gündəm yaratmağı bacaran musiqiçidir. Ümid varam ki, iş birliyimiz xeyirli olacaq. Nə yaxşı ki, tapdım Rasimi və çox maraqlı yeni layihələrimiz var".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024