Mobil versiya
Yol qəzasında həlak olan tələbənin qrup YOLDAŞLARI: “Simit aldım, gözlədim, GƏLMƏDİ”
Tarix: 19-02-2018 | Saat: 17:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Yol qəzasında həlak olan tələbənin qrup YOLDAŞLARI: “Simit aldım, gözlədim, GƏLMƏDİ”



Xəbər verdiyimiz kimi, ötən gün Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada dünyasını dəyişən 2000-ci il təvəllüdlü Qardaşov Arif Vaqif oğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbəsi olub.



Modern.az saytı mərhum tələbənin qrup yoldaşları ilə həmsöhbət olub.



Asif Qardaşovun qrup yoldaşlarının verdiyi məlumata görə, o, Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. Orta məktəbi orada bitirib. 348 balla Jurnalistika fakültəsinə daxil olub. Ötən il özündən kiçik qardaşı da avtomobil qəzası nəticəsində həyatını dəyişib. Ailənin iki oğul övladı var idi.



“Onun ölüm xəbəri hər birimizi dərindən sarsıtdı”



Asif Qardaşovun qrup yoldaşı Həbibə Xudakişiyeva deyir ki, o, ürəyi saf, uşaq qəlbli biri olub:

“Heç vaxt içində kin, nifrət saxlamazdı. Həmişə öz pozitivliyi ilə seçilib, sevilirdi. Qrupda birlik yaradır, hər kəsin yanında olardı. Dərslərdə öz səyini artıqlamasıyla görürdük. İmtahan ərəfələri daha da artıq çalışaraq imtahanlarını uğurla başa vurmuşdu.

Onun ölüm xəbəri hər birimizi dərindən sarsıtdı. Hətta inanmadıq və yalan xəbərin yayılmasını istəmədik. Daha sonra ailəsiylə telefon əlaqəsi qurub hadisənin gerçək olduğunu, artıq gənc jurnalistimizi itirdiyimizi öyrənəndə hər kəs təəccüb içində qaldı. İnana bilməzdik belə gənc və gümrah yaşında bizi tərk edər. Allah ailəsinə səbr versin. Məkanı cənnət olsun”.



“Ən son danışığımızda mənə demişdi ki....”



Digər qrup yoldaşı Gülxanım Ağadadaşova Asiflə çox yaxın olduğunu deyib:



“Birgə çay içib, birgə yemək yeyərdik. Danışmaq olmur. Çox acıdır. Qrupumuzun gözü yaşlı qalıb. Auditoriyada qapı açılanda o gələcək deyə düşünürəm. Bu acıya necə dözüm bilmirəm...Ən son danışığımızda mənə demişdi ki, gələndə simit al, gedək çay içək. Simit aldım, orda oturub gözlədim, amma gəlmədi....”.

“Bugün Asifsiz keçən ilk günümüz idi”



Mərhumun tələbə yoldaşı Ayşən Mirzəyeva qeyd edib ki, Asif haqqında deməyə çox söz var:



“Asifi hər xatırlayanda ürəyim əsir. Çox qısa müddətdir tanış idik. Bu 4 ay boyunca sözün əsl mənasında onun mənfi bir hərəkətini görmədim, münasibətim çox gözəl idi. Dərs danışmaqla o qədər arası yox idi, amma imtahanlar vaxtı 4 fənni kəsrsiz ötüşdürmüşdü. Hər zaman dərsdə öz şirin talış ləhçəsilə bizim üzümüzü güldürürdü.



Universitetdə yeri soldan 3-cü sıra idi, indi isə həmin yer boş qalıb. Bugün Asifsiz keçən ilk günümüz idi. Yazışdığımız hər mesajı oxuyanda əllərim əsir .

Hələ də qəbul edə bilmirəm ki, o həyatda yoxdur. Ömrünün ən gözəl çağlarını torpaq altında keçirtməyə Asif çox tələsdi. Nə qədər çətin olsada bunu deməliyəm; Allah rəhmət etsin. Allah ailəsinə səbr versin...”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə