Mobil versiya
“Yollarda “miqalkalı-sirenalı” maşınlar artıb, onlar qaydalara da əməl etmirlər” - Ekspertdən ETİRAZ
Tarix: 17-02-2018 | Saat: 14:32
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Yollarda “miqalkalı-sirenalı” maşınlar artıb, onlar qaydalara da əməl etmirlər” - Ekspertdən ETİRAZ



“Bakı küçələrində və ölkənin yollarında nömrələri əsasən "A" hərfi ilə başlayan "miqalkalı-sirenalı" avtomobillərin sayı artır”.


Modern.az-ın məlumatına görə, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.


Ekspert bildirib ki, bu sıradan olan avtomobillərin əksəriyyəti dövlət orqanlarına məxsus olsa da, özəl qurumlara aid olanları da var.


“Ən pisi odur ki, belə avtomobilləri idarə edənlər qaydalara məhəl qoymurlar: daha çox əks istiqamətə çıxırlar, qırmızı işıqdan keçirlər və s. Son vaxtlar Silahlı Qüvvələrə aid xidməti minik avtomobillərində də belə intizamsızlıq çoxalıb. Amma belə olmaz, bunun qarşısı alınmalıdır. Bu, pis nümunədir. Kəskin yoluxucu xəstəlik kimi yayılır. "X" idarəsinin müdirinin belə avtomobillə gəzdiyini görən "У" idarəsinin müdiri də belə avtomobildən ötəri hər şeyindən keçməyə hazır olur. Ümumi nəticədə isə xaos, özbaşınalıq artır”.


Ə.Hüseynov qeyd edib ki, qanuna əsasən, DYP-də xüsusi qeydiyyata alınan operativ nəqliyyat vasitələrində həmin xüsusi işıq və səs siqnalları ola bilər.


“Başqa heç bir avtomobildə, hətta məsələn, polis rəisinin operativ tapşırıqların yerinə yetirilməsində istifadə üçün nəzərdə tutulmayan xidməti avtomobilində həmin işıq və səs siqnalı ola bilməz. Ölkədə nizam-intizam belə zahirən əhəmiyyətsiz görünən şeylərdən başlayır əslində.

Bununla bağlı maraqlı bir xatırlatmanı yada salmaq istərdim. Qərbi Avropa ölkələrinin əksəriyyəti kimi İspaniyada da 1960-cı illərin sonu 70-ci illərin əvvəli yollarda intizamsızlıq, xaos, qəzalar və ölümlər dözülməz həddə çatıbmış. Çıxış yollarının müzakirəsi zamanı İspaniya diktatoru, Generalissimumus Franko polis şefinə deyir ki, hətta mənim xidməti avtomobilim və onu müşayiət edənlər qırmızı işıqda dayanmasalar, cərimələ. Cərimələməsən, səni cəzalandıracam. Nəticədə hazırkı İspaniya dünyada yol hərəkəti təhlükəsizliyi səviyyəsi ən yaxşı olan 4 dövlətdən biridir. Özü də o İspaniya ki, öz əhalisinin sayı təxminən 47 milyon, hər il qəbul etdiyi turistlərin sayı isə orta hesabla 70-75 milyon nəfərdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə