Mobil versiya
Mingəçevirdə Qarabağ qaziləri və sosial şəbəkə istifadəçiləri üçün seminar keçirilib
Tarix: 19-11-2015 | Saat: 12:57
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Mingəçevirdə Qarabağ qaziləri və sosial şəbəkə istifadəçiləri üçün seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi "İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği" layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində noyabrın 17-də Mingəçevir Media Mərkəzində növbəti seminar keçirilib.

Bundan əvvəlki seminarlar Tovuzun Əlibəyli kəndində cəbhə xəttində yaşayan insanlar, Qazaxda cəbhə xəttində fəaliyyət göstərən jurnalistlər üçün təşkil olunub, Mingəçevirdə isə sosial şəbəkələrdə fəal olan universitet tələbələri və Qarabağ qaziləri bir araya gətirilib.

Seminarda birliyin sədri Asəf Quliyev layihə çərçivəsində iki ay müxtəlif saytlar və sosial şəbəkələrdə aparılan monitorinqlərin yekunları ilə bağlı hesabatı təqdim edib.

Layihənin media eksperti Fərman Nəbiyev sosial şəbəkədə yayılan və müəyyən dərəcədə xəbər saytlarına yol tapan məlumatlar əsasında situasiya ilə bağlı dinləyicilərə məlumat verib.

Seminarda qazilərin iştirakı sosial şəbəkə istifadəçisi olan gənclər üçün daha praktik əhəmiyyətli olub. Qarabağ qazisi Əbülfət Babayev də həm sosial şəbəkələrdə, həm də xəbər saytlarında yayılan xəbərlərlə bağlı fikirlərini bölüşüb.

Daha sonra dinləyicilərin sualları cavablandırılıb və Qarabağ qazilərinin təklifləri dinlənilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024