Mobil versiya
İşsizlərə xoş xəbər
Tarix: 30-06-2015 | Saat: 07:35
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

İşsizlərə xoş xəbər
ƏƏSMN tərəfindən 6 rayonda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyul ayında respublikamızın 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur.

Aia.az xəbər verir ki, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da isə Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Yarmarkaların keçirilmə tarixi dəyişdirildiyi halda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif olunacaq. Tədbirlər zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim ediləcək, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin 11 rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda 766 nəfərə boş iş yerlərinə göndəriş verilib, 36 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024