Mobil versiya
Azərbaycan sığorta şirkətlərinin vəziyyəti açıqlandı
Tarix: 19-11-2015 | Saat: 12:37
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


ASA məlumat yaydı.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub. Şirkət 10 ayda 57,5 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.

“Sonrakı yerlərdə qərarlaşan “Paşa Həyat Sığorta”nın yığımları 48 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 37,6 milyon manat olub.

Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Azərsığorta” (36,5 milyon manat) və “Atəşgah Həyat Sığorta” (32,7 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 212,3 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (914 min manat), “Amrah Sığorta” (740 min manat), “Azərqarant” (212 min manat), “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (60 min manat) şirkətləri olub.

Bu şirkətlərin ümumi göstəricisi təxminən 2 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib”, - deyə ASA-dan qeyd edilib.

ASA-dan bildirilib ki, lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

“Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 50 milyon manatdan çox, 1-də 40 milyon manatdan çox, 3 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 5 şirkətdə 10 milyon manatdan çox, 4 şirkətdə 5-10 milyon manat arasında, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

10 ayda sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 24,6 milyon manat.

Sonrakı yerləri tutmuş “Qala Həyat Sığorta”nın ödənişləri 16,4 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 13,1 milyon manat təşkil edib.

Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (11 milyon manat) və “Azərsığorta” (10,5 milyon manat) şirkətləri tamamlayır.

Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 75,6 milyon manat) düşür”, - deyə assosiasiyadan bildirilib.

“Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (179 min manat), “Günay Sığorta” (82 min manat), “Çartis Azərbaycan” (53 min manat) və “Azərqarant” (2 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 4-də 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 9-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 2 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib”, - deyə ASA-nın yaydığı hesabatda deyilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə