Mobil versiya
Kəşfiyyatın Qarabağ müharibəsi ilə bağlı xəbərdarlığı Ermənistanı qorxuya saldı
Tarix: 15-02-2018 | Saat: 18:30
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kəşfiyyatın Qarabağ müharibəsi ilə bağlı xəbərdarlığı Ermənistanı qorxuya saldı




ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Koutsun 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayacağını deməsi hərbi-siyasi dairələrin müzakirə predmetinə çevrilib.



Xatırladaq ki, Kouts Senatın Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışıb. O, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ probleminı də toxunaraq, tərəflərdən heç birinin güzəştə getmədiyini vurğulayıb.



O hesab edir ki, Azərbaycanın stabil şəkildə hərbi modernləşmə aparması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.



İddia edib ki, Rusiya postsovet məkanında öz təsirini daha da genişləndirəcək.



ABŞ kəşfiyyatının belə xəbərdarlığı Ermənistan cəmiyyəti və ekspert çevrələrində narahatlıq yaradıb. Erməni cəmiyyəti ABŞ-ın strateji xəttini müəyyənləşdirən idarənin proqnozuna xüsusi həssaslıqla yanaşır və həyəcan siqnalı çalır.



Modern.az saytının məlumatına görə, Ermənistanın nüfuzlu 1in.am nəşri bu xüsusa diqqət çəkərək yazıb ki, Yerevan diplomatik cəbhədə hərəkət etməyə, siyasi diversifikasiyanı, iqtisadi effektivliyi təmin etməyə, korrupsiya ilə aktiv mübarizə aparmağa məcburdur.



Ermənistanın narahatlığı başadüşüləndir, əgər cəbhədə “ikinci aprel müharibəsi” yaşanarsa, bundan çox əziyyət çəkəcək. 2016-cı ilin aprelində cəbhədə Azərbaycanın uğur qazanmasından sonra özünə gəlməyən Ermənistanın ABŞ kəşfiyyatının bu xəbərdarlığı qarşısında immuniteti yox dərəcəsindədir.

Azərbaycan silahlarını modernləşdirməyə getdiyi, hərbi potensialını dünya standartlarına çatdırdığı bir zamanda Ermənistanda bu proses ləngiyir.



Buna görədir ki, Ermənistan mətbuatı və ekspert çevrələri təlaşa düşərək ölkə ordusunun müdafiə qabiliyyətini artırmağa çağırır.



Yuxarıda adını çəkdiyimiz nəşr yazıb ki, Ermənistan ictimaiyyəti hökumətdən təhlükəsizlik naminə effektiv idarəetmə tələb etməlidir.



“Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Amma ola bilər ki, Ermənistanda sülhü və təhlükəsizliyi təmin etmək üçün başqa üsul yoxdur. Biz inkişaf etməliyik, müasir olmalıyıq”-deyə yazıda bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024