Mobil versiya
Ziya Məmmədov İran nümayəndələrini qəbul etdi – FOTO
Tarix: 19-11-2015 | Saat: 12:18
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Nəqliyyat Nazirliyi məlumat yaydı.

Nəqliyyat Nazirliyində İran İslam Respublikasının nümayəndələri ilə görüş keçirilib.

Aia.az xəbər verir ki, İran İslam Respublikasının Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfinin rəhbərlik etdiyi nümayəndə heyətini nəqliyyat naziri Ziya Məmmədov qəbul edib.

Z.Məmmədov son illər Azərbaycanın inkişafı, iri miqyaslı islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz siyasi sabitliyi qoruyub saxlamaqla paralel olaraq iqtisadi sahədə də yüksək nəticələr əldə edib.

Aparılan islahatların iqtisadiyyatın bütün sahələrinin, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafına müsbət təsir göstərdiyini vurğulayan nazir nəqliyyat sektorunu əhatə edən sahələrin fəaliyyəti barədə məlumat verib və bu sahədə Azərbaycanla İran arasındakı əməkdaşlıqdan danışıb.

Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı hər iki ölkədə aparılan işlərdən, həmçinin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanı haqqında daha ətraflı danışan nəqliyyat naziri, limanın Azərbaycanın şərqdən qərbə, eyni zamanda şimaldan cənuba gedən yolların kəsişməsində yerləşdiyini və gələcəkdə Xəzər dənizi üzərindən bu istiqamətlərdə yük daşımalarında mühüm rol oynayacağını bildirib.

Öz növbəsində İran nümayəndə heyətinin rəhbəri Məhəmmədəli Nəcəfi nəqliyyat sektoru üzrə İran-Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Gilan əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Hadi Tizhuş Taban, İranın Astara şəhər İcra Hakimiyyətinin başçısı Sirus Şəfəqi, Gilan əyalətinin İqtisadiyyat, Maliyyə, İnvestisiya məsələləri üzrə Baş İdarəsinin rəisi Mənsur Mövlayipur, həmçinin Azərbaycanın İranın Təbriz şəhərində baş konsulu Əli Əlizadə də iştirak edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024