Mobil versiya
UTECA-nın daha iki tələbəsi təhsilini Avropada davam etdirəcək
Tarix: 14-02-2018 | Saat: 14:58
Bölmə:Təhsil | çapa göndər





Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə Polşanın Silesiya Texnologiya Universiteti arasında imzalanmış Erasmus+ sazişinə əsasən 2017/2018-ci tədris ilinin ikinci semestrində UTECA-nın 2 tələbəsi təhsilini bu ali təhsil ocağında davam etdirəcək. Bunlar Avtomatika, telekommunikasiya və informatika fakültəsinin kompyuter mühəndisliyi ixtisası üzrə bakalavriat II kurs tələbəsi Əli Verdiyev, rabitə qovşaqları və kommutasiya ixtisası üzrə magistratura I kurs tələbəsi Vüsal Abdullayevdir. Silesiya Texnologiya Universitetində bir semestrlik təhsili başa vurduqdan sonra tələbələr növbəti tədris ilinin I semetrində təhsillərini doğma universitetlərində davam etdirəcəklər.

Həmçinin UTECA ilə Türkiyənin Ondokuz Mayıs Universiteti arasında imzalanmış sazişə əsasən bir tələbə Mevlana mübadilə proqramı çərçivəsində təhsilini bu ölkədə davam etdirəcək. UTECA-nın İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Azər Məmmədli artıq bir semestrlik Türkiyənin Ondokuz Mayıs Universitetində yola salınıb.

Polşaya yola düşəcək tələbələrlə görüşən UTECA-nın rektoru, professor Akif Süleymanov onlara təhsillərində uğurlar arzulayıb, həm universitetlərini, həm də ölkəmizi və xalqımızı layiqli təmsil etməyi tövsiyə edib.

Qeyd edək ki, mübadilə proqramları çərçivəsində xaricə göndəriləcək tələbələrin seçimi onların akademik göstəriciləri, ingilis dili bilik səviyyəsi və fərdi müsahibənin nəticələrinə əsasən aparılır.

Ümumilikdə indiyədək UTECA-nın 15 tələbə və 6 müəllimi Mevlana mübadilə proqramı çərçivəsində Türkiyə, 4 tələbə və 1 müəllimi isə Erasmus+ mübadilə proqramı çərçivəsində Avropa universitetlərində olub.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə