Mobil versiya
“Xalqlar dostluğu” stansiyasının adı dəyişdirilir? – RƏSMİ AÇIQLAMA
Tarix: 12-02-2018, 11:13 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Xalqlar dostluğu” stansiyasının adı dəyişdirilir? – RƏSMİ AÇIQLAMA




1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqındaKonstitusiya Aktıqəbul edilib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonradövlət bayrağı,himnivəgerbihaqqında da qanunlar qəbul olunub. Ölkəmiz müstəqillik qazandıqdan sonra SSRi-yə məxsus adlardan imtina etməyə, suverenliyimizi göstərən adlara üstünlük verməyə başlayıb.

Amma hələ də bəzi yerlərdə, xüsusislə "Bakı Metropoliteni” QSC-yə məxsus stansiyalarda sovet dönəminin xatiələrini daşıyan adlar qalmaqdadır. Bunun bariz nümunələrindən biri metronun "Xalqlar Dostluğu” stansiyasıdır.

"Xalqlar Dostluğu” stansiyası "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində "Əhmədli" stansiyası ilə eyni gündə açılıb. Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Onun açılışı Sovet hakimiyyətinin tənəzzülə uğradığı dövrün milli zəmində münaqişələrin get-gedə vüsət aldığı bir dövrə təsadüf edir. Sovet və Respublika rəhbərliyi bu yolla dövrün ictimai-siyasi və sosial hadisələrinə reaksiya verərək, sanki artıq geriyə yolu olmayan prosesləri bərpa etmək istəyirdi...

Sosial şəbəkələrdə gedən müzakirələrdə Bakı metrosunun bu stansiyasının adının dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilir.

Maraqlıdır, hazırda stansiyanın adının dəyişdirilməsi gündəmdədirmi?

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhəri Nəsimi Paşayev Modern.az-a deyib ki, hazırda belə bir məsələ gündəmdə deyil.

aia.az



51 003 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930