Mobil versiya
Telekanallar niyə siqaret “tüstülədir”? – Ekspert
Tarix: 10-02-2018 | Saat: 17:10
Bölmə:Ölkə | çapa göndər

Telekanallar niyə siqaret “tüstülədir”? – Ekspert


Tütün məhsullarının qapalı yerlərdə istifadəsi və təbliğinin 40 gündən artıqdır qadağan edilmsinə baxmayaraq, televiziya kanallarında siqaret tüstülətmə səhnələrinə hələ də rast gəlinir. Ola bilsin ki, bəzi TV rəhbərləri belə səhnələrin göstərilməsinin qadağan olunduğunu hələ də bilmirlər.

Axar.az xəbər verir ki, bu sözləri hüquqünas, ekspert Ərşad Hüseynov tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması, təbliğinin qadağan edilməsi qanununa telekanalların əməl etməməsi barədə danışarkən deyib.

Hüquqşümas bildirib ki, Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması Qanunu 40 gündən artıqdır ki, qüvvədədir. Bu qanunda dəqiq və aydın qadağalar var:

“14.1. Tütün məmulatına tələbatın azaldılması məqsədi ilə tütün məmulatlarının satışının və onlardan istifadənin reklamı və stimullaşdırılması ilə bağlı aşağıdakılar qadağan edilir:

14.1.4. televiziya və videofilmlərdə, ... televiziya, video və kinoxronika proqramlarında ... tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması”.

Ekspert bildirib ki, buna əməl edilməsinin vaxtıdır:

“Efirdə siqret tüstüləmə görüntüləri olmamalıdır. Müxtəlif səhnələrdə həmin görüntüləri "bağlamaq" çətin deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024