Mobil versiya
Bakıda həyəcan siqnalı: oğrular tutuldu - Foto
Tarix: 10-02-2018 | Saat: 16:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda həyəcan siqnalı: oğrular tutuldu - Foto




Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən paytaxt ərazisində gecə saatlarında obyektlərdən edilən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir.

DİN-dən aia.az-a verilən məlumata görə, fevralın 9-da gecə saatlarında Bakıxanov qəsəbəsindəki xüsusi texniki vasitələrlə qorunan şirniyyat evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları bir neçə saniyə ərzində həmin ünvana çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluq edildiyi müəyyənləşdirilib.

Həmin cinayəti törətməkdə şübhəli bilinən, iki nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü polis bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərilərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyələşdirilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulanadək elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə dörd geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub. Onlar Bakıxanov qəsəbəsindəki geyim mağazasından bir qol saatı və bijuteriya əşyaları oğurlayıblar. Eləcə də həmin ünvanda yerləşən daha bir şirniyyat evindən oğurluğa cəhd göstəriblər. Bundan başqa, saxlanılan şəxslər Nizami rayonundakı uşaq aləmi mağazasından üç ədəd, hər birinin qiyməti təxminən 700 manat olan velosiped də oğurlayıblar.

Saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Onlar barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəhbərliyi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlarla müqavilə bağlayan subyektlərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə