Mobil versiya
DİN: Ötən gün 114 cinayət faktı qeydə alınıb
Tarix: 09-02-2018 | Saat: 10:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

DİN: Ötən gün 114 cinayət faktı qeydə alınıb



Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024